Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Siyəzən rayonunda həyata keçirib

9 iyul 2026


Lənkəran Dövlət Dram Teatrının Siyəzənə uğurlu qastrol səfəri 

   " Azərbaycan Mədəniyyəti -2040" konsepsiyası Azərbaycan Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərancamları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Siyəzən rayonunda həyata keçirib

  9 İyul 2026 -cı il tarixində teatr kollektivi görkəmli yazıçı -dramaturq Hüseynbala Mirələmovun " Gəlinlik paltarı " əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

 Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynovadır.

  Tamaşa Siyəzən tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb, aktyorların peşəkar oyunu, səhnə həlli və əsərin aktual mövzusu tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.Səhnə əsəri rayon ictimaiyyətinin diqqətini çəkib və tamaşaçılara emosional təsir bağışlayıb.

 Tamaşanın sonunda Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada xanım Dadaşova başda Laləzar xanım Hüseynova olmaqla, bütün teatr kollektivinə minnətdarlığını bildirib.

Müasir Azərbaycan yazarlarının əsərlərinə müraciət etmək Lənkəran teatrının uğurudur.Estetik zövqləri oxşayan bir tamaşaya baxdıq.

  Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar xanım Hüseynova səmimi qarşılanmaya görə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz müəllimə, Quba -Xaçmaz regional mədəniyyət idarəsinin rəisi Vüsal müəllimə və rayon ictimaiyyətinə minnətdarlığını bildirib.

  Bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə, yeni tamaşaçı auditoriyasının formalaşmasına, müasir Azərbaycan yazarlarının əsərlərini daha geniş ictimaiyyətə çatdırılmasına və teatr sənətinin inkişafına mühüm töhfə verir.

 Səfərin sonunda xatirə şəkilləri çəkdirilib.